Çexiyada əhalinin 77,5 faizi süni intellektlə edilən dələduzluq hallarından narahatdır


  • 11:26

Çexiya əhalisinin böyük əksəriyyəti süni intellektdən istifadə ilə bağlı dələduzluq hallarından narahatdır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Czech AI Barometer"un1407 nəfərin iştirakı ilə keçirdiyi sorğuda respondentlərin 77,5 faizi süni intellektlə bağlı dələduzluqdan narahat olduğunu bildirib.

İştirakçıların 72,3 faizi saxta foto və görüntülərdən, 70,6 faizi kiberhücumlardan, 70,1 faizi isə süni intellektin uşaqlara mümkün mənfi təsirindən narahatdır.

Araşdırmada həmçinin Çexiyada süni intellektdən istifadənin 2026-cı ildə 76 faizə yüksəldiyi qeyd olunub.

Respondentlərin 39 faizi isə süni intellektin inkişafından narahat olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər