Böyük Britaniya Çini məlumat toplamaq məqsədilə akademiklərdən istifadə etməkdə ittiham edib


  • 12:08

Böyük Britaniyanın əks-kəşfiyyat agentliyi "MI5" Çinin elmi-tədqiqat fəaliyyətləri vasitəsilə texniki məlumat əldə etməyə çalışdığı barədə xəbərdarlıq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, agentlik məlumat yayıb.

Məlumata görə, Çinin China General Technology Research Institute (CGTRI) qurumu Pekinin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəlidir və Böyük Britaniyada bəzi akademik tədqiqat layihələrini maliyyələşdirir. Bildirilir ki, 100-dən çox britaniyalı akademik süni intellekt, kibertəhlükəsizlik, gizli rabitə və məlumatların gizlədilməsi kimi sahələrdə CGTRI tərəfindən dəstəklənən layihələrdə iştirak edib.

MI5 universitetlərə bu qurumla əməkdaşlıqları nəzərdən keçirməyi və tədqiqatların maliyyə mənbələrini diqqətlə araşdırmağı tövsiyə edib. Xəbərdarlıqda qeyd olunur ki, əməkdaşlığın davam etdirilməsi bəzi hallarda 2023-cü il Milli Təhlükəsizlik Qanunu çərçivəsində hüquqi risk yarada bilər.

Çinin Londondakı səfirliyi isə MI5-in iddialarını rədd edib və onları uydurma və tamamilə saxta adlandırıb.

Britaniya hökuməti universitet rəhbərlərinə xarici müdaxilə və casusluq risklərinə qarşı tədbirləri gücləndirməyi tövsiyə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər