- 11:26
Avstraliyanın e-Təhlükəsizlik Komissiyası oyun platformalarının uşaqları onlayn təhlükələrdən qoruma tədbirlərində ciddi boşluqlar aşkarlayıb.
E-huquq,az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Komissiyanın müvafiq hesabatında yer alır.
Belə ki, hesabatda "Steam", "Roblox", "Fortnite" və "Minecraft" platformalarında təhlükəsizlik tədbirlərinin qeyri-ardıcıl tətbiq edildiyi yer alıb. Komisiya rəsmiləri bildirir ki, bu boşluqlar uşaqların seksual istismar, seksual şantaj, zorakılıq və radikallaşma riski ilə üzləşməsinə şərait yarada bilər.
Hesabatda xüsusilə "Steam" platformasının sahibi "Valve" şirkəti tənqid olunub. Bildirilib ki, şirkət söhbətlərdə uşaqlara qarşı cinsi istismar və zorakılıqla bağlı materialların aşkarlanması üçün mövcud texnologiyalardan fəal istifadə etmir.
Araşdırmada həmçinin bəzi platformalarda yaş yoxlamalarının kifayət qədər güclü olmadığı qeyd edilib. "Minecraft" və "Fortnite" istifadəçilərə yaşlarını özlərinin bildirməsinə imkan verir. "Steam" də əsasən istifadəçilərin bəyan etdiyi yaş məlumatlarına əsaslanır, "Roblox" isə daha güclü yaş yoxlamalarını tətbiq etməyə başlayıb.
Qeyd edək ki, hesabat 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək toplanan məlumatlar əsasında hazırlanıb.Platformalara uşaqları ciddi onlayn təhlükələrdən qorumaq üçün daha effektiv tədbirlər görməyə çağırış edilib.
Şəbnəm Mehdizadə