ABŞ ordusundakı general və admiralların sayı 20 faiz azaldılacaq


  • 12:14

ABŞ ordusundakı general və admiralların sayı 20 faiz azaldılacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset məlumat verib.

Nazir bildirib ki, yeni direktiv ali rütbəli zabit vəzifələrinin sayında əvvəllər elan edilmiş 10 faizlik (təxminən 800 vəzifə) ixtisarı ikiqat artırır.

Heqset bu addımı lazımsız bürokratik təbəqələrin aradan qaldırılmasına yönəlmiş və çoxdan gecikmiş bir hesabatlılıq tədbiri kimi qiymətləndirir.

TƏnqidçilər bu qərara etiraz edərək bildiriblər ki, sözügedən ixtisarlar yüksək rütbəli və təcrübəli zabitlərin kütləvi şəkildə kənarlaşdırılması deməkdir və silahlı qüvvələrin bundan sonra özünə gəlməsi illərlə vaxt apara bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər