- 09:53
Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.
Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6, Gədəbəy, Ordubad, Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar, Daşkəsəndə 3, Şərur, Sədərək, Quba, Şahdağda 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı, Lənkəranda 1 mm-dir.