- 11:47
Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Məscidül-Həram yaxınlığında bomba həyəcanı yaşanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paylaşılan görüntülərdə bir şəxsin intihara cəhd etdiyi və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı iddia olunur.
Səudiyyə Ərəbistanının İctimai Təhlükəsizlik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada sözügedən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı və prokurorluğa təhvil verildiyi bildirilib.
Rəsmilər sosial şəbəkələrdə yayılan bəzi məlumatların həqiqətə uyğun olmadığını vurğulayaraq, ictimaiyyəti xəbərləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırıblar.
Açıqlamada saxlanılan şəxsin üzərində partlayıcı maddə olması və ya hər hansı intihar hücumuna cəhd etməsi barədə məlumat yer almayıb.
Şəbnəm Mehdizadə