Türkiyədə 25 nəfər qidadan zəhərlənib


  • 16:41

Türkiyənin Düzce şəhərində 25 fəhlə qidadan zəhərlənib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Beyköy qəsəbəsində yerləşən fabriklərdən birində gecə növbəsində çalışan 25 fəhlə səhər yeməyindən sonra özlərini pis hiss edib.

Fəhlələr yaxınlıqdakı dövlət xəstəxanalarına müraciət ediblər.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan fəhlələrin səhhətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər