- 16:55
Türkiyənin Çanaqqala vilayətində miqrant qaçaqmalçılığına qarşı keçirilən əməliyyatlar zamanı 51 qeyri-qanuni miqrant və iki şübhəli saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Çanaqqala Valiliyi məlumat yayıb.
Məlumata görə, Jandarma Komandanlığı sentyabrın 18-dən 24-dək bu istiqamətdə 6 əməliyyat keçirib.
Əməliyyatlar zamanı miqrant qaçaqmalçılığını təşkil etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Həmçinin 51 qeyri-qanuni miqrant müəyyən edilərək nəzarətə götürülüb.
Qanunsuz keçidlər zamanı istifadə edildiyi müəyyənləşdirilən 1 ədəd rezin qayıq və 1 qayıq mühərriki müsadirə olunaraq müvafiq saxlama məntəqəsinə yerləşdirilib.
Miqrantlar aidiyyəti üzrə təhvil verilib.
Saxlanılan şübhəlilərlə bağlı araşdırma davam etdirilir.
Şəbnəm Mehdizadə