İzmirdə zavodda partlayış olub: yaralılar var


  • 16:55

Türkiyənin İzmir şəhərində metal zavodunda baş verən partlayış nəticəsində 7 işçi xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Torbalı rayonunda yerləşən metal zavodunda qeydə alınıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, tibbi yardım və jandarma qrupları cəlb edilib.

Partlayış nəticəsində xəsarət alan 7 fəhlə təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara çatdırılıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər