Azərbaycanda bayram namazı qılındı


  • 31 İyul 2020 10:03

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

E-huquq.az-ın məlumatına görə, bayram namazı məhdud sayda din xadminin iştirakı Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində həyata keçirilib. Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

Bildirək ki, qılınan bayram namazı canlı olaraq televiziya və sosil şəbəkələr üzərindən yayımlanıb.

Qeyd edək ki, avqustun 31-1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Oxşar xəbərlər