Mustafa Şəntop: “Qardaş Azərbaycanın “20 Yanvar” şəhidlərini rəhmətlə yad edirəm”


  • 20 Yanvar 2021 22:06

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olan 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar xalqımıza başsağlığı diləyib.

E-huquq.az-ın xəbərinə görə, TBMM sədri bu barədə “Twıtter” hesabında bildirib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğuruna 20 Yanvar 1990-cı ildə şəhid olan qəhrəmanları rəhmət və minnətlə yad edirəm”, deyə M.Şəntop bildirib.

Oxşar xəbərlər