- 19:03
“Retail Group Azərbaycan” MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətaklar Məcəlləsinin 447.0.1-ci (Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, şirkət dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən “Retail Group Azərbaycan” Şirkəti Səudiyyə Ərəbistanının FAWAZ ALHOKAIR qrupunun təsisçiliyi ilə yaradılmış xarici investisiyalı şirkətdir. Şirkət Azərbaycanda Zara, Massimo Dutti, Bershka, Stradivarius və digər tanımış brendlərinin rəsmi təmsilçisidir.
Eltac Nurullazadə