Şöbə rəisi: "Azəriqaz" nöqsanların aradan qalıdırılması üçün konkret addımlar atır


  • 27 Yanvar 2023 13:01

"Təbii ki, insan faktrou olan yerdə nöqsanlar qaçınılmazdır. Amma biz nöqsanların aradan qaldırılması üçün konkret addımlar atırıq".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı deyib.

"Xidmət sahəsi həm çətin, həm də məsuliyyətlidir. Biz Birlik olaraq çalışır ki, abonentlərə xidmətimiz yüksək səviyyədə olsun. Abonentlərlə qarşılıqlı fəaliyyətimiz və onların dəstəkləri onu göstərir ki, həqiqətən də biz müəyyən qədər də olsa, vətəndaş məmnunluğuna nail olmuşuq. Amma bütün hallarda 100% nəticə əldə etməkdir. Bundan sonrakı işimizdə daha yaxşı fəaliyyət göstərməyə çalışacağıq", - deyə şöbə rəisi qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər