- 09:37
"İncon-Servis" Açıq Tipli Səhmdar Cəmiyyəti "Zabrat Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, zavod barədə icarə müqaviləsi üzrə mübahisələrə dair iddia qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə