- 20:00
Ağarəhimoba kəndinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlər bu gün Xaçmazda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.
"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, mikrofon önünə çıxan 2 nəfər adıçəkilən kəndin sakinlərinin mavi yanacaq istəyini dilə gətirib.
Ünvanlanan 8 müraciətdən əlavə 2 abonent isə operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.