Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırılıb


  • 18 İyun 13:17

Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunub, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb. Onların xidmət sahəsində çalışan şirkətlərdən birinə aid menecerlər olması məlum olub:

"Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".

Oxşar xəbərlər