- 16:14
Cənubi Afrika Respublikasında üç ayrı silahlı atışma nəticəsində 31 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələrdən ikisi Qautenq əyalətində, biri isə paytaxt Keyptaunda baş verib.
Qautenq əyalətinin Karltonvil şəhəri yaxınlığındakı Vedela bölgəsində səkkiz silahlı şəxs uzunlüləli silahlardan və tapançalardan istifadə edərək əyləncə məkanına atəş açıb. Hücum nəticəsində 17 nəfər ölüb, 15 nəfər yaralanıb. Silahlı şəxslərin iki avtomobillə hadisə yerindən qaçdığı bildirilir.
Keyptaunda səhər saatlarında əyləncə məkanına silahlı hücum nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər xəsarət alıb.
Digər hadisə isə paytaxtın Xayelitşa bölgəsində qeydə alınıb. Avtomobilə silahlı hücum nəticəsində dörd nəfər öldürülüb.
Hadisələrin səbəbləri və hücumların mümkün əlaqəsi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə