- 11:34
Türkiyənin Mersin vilayətində zavodda güclü yanğın hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Akdeniz rayonunda sabun və təmizlik vasitələri istehsal edən zavodda naməlum səbəbdən yanğın başlayıb.
Məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.
Yanğın söndürüldükdən sonra fabrikdə soyutma işləri aparılıb.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə