- 11:34
Türkiyənin Sinop vilayətinin Yalı kəndi sahillərində iki polis əməkdaşını daşıyan qayıq aşıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sinop Valiliyi məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı əraziyə Sahil Mühafizəsi, Dəniz Polisi və Jandarma qrupları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatı zamanı polis əməkdaşlarından biri sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Digər polis əməkdaşının axtarışları isə davam edir. Əməliyyatlar Sahil Mühafizəsi Komandanlığının koordinasiyası ilə hava vasitələrinin, dəniz polisi və jandarma qruplarının iştirakı ilə aparılır.
Axtarışlar zamanı aşmış qayıq aşkarlanaraq sahilə çıxarılıb. Qayıqda aparılan axtarış zamanı itkin polis əməkdaşına dair hər hansı iz tapılmayıb.
Şəbnəm Mehdizadə