Qaçırıldığı iddia olunan təyyarə Səudiyyə Ərəbistanında eniş etdi - YENİLƏNİB


  • 11:04

Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

E-huquq.az xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.

***

Qaçırıldığı bildirilən Dubay-Təl-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

***

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

E-huquq.az xəbər verir ki, "Ynet"in xəbərinə görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.

Oxşar xəbərlər