Masallıda qəza - 2 nəfər öldü


  • 09:15

Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər