Həbsxanaya narkotik keçirən vəkil 23 il azadlıqdan məhrum edilib


  • 10:49

Türkiyənin İstanbul şəhərində cəzaçəkmə müəssisəsində müdafiə etdiyi şəxsə narkotik aparmağa cəhd edən vəkil həbs edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, vəkil cəzaçəkmə müəssisəsində görüş zamanı müştərisinə narkotik vasitə və 100 lirə pul verib. Narkotik vasitə görüşdən dərhal sonra məhkumun üzərində aşkar edilib.

Məhkəmənin qərarı ilə vəkilə 23 il 5 ay həbs cəzası verilib.

Vəkil isə ittihamları qəbul etməyərək bəraətini tələb edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər