- 29 Sentyabr 17:31
ABŞ-nin Maliyyə Nazirliyi silah satınalmalarında İrana kömək göstərdiklərinə görə 10 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə qurumun saytındakı sənəddə deyilir.
Nazirliyin məlumatına görə, bu şəxslər və şirkətlər İranın Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələri üçün silah və komponentlərin alınmasını həyata keçirib.
Sənədə əsasən, məhdudiyyətlər Çin, Pakistan və Səudiyyə Ərəbistanından olan şirkətlərə şamil edilib.
Xatırladaq ki, bu ilin avqustunda Vaşinqton İrana qarşı "İqtisadi təcrid" əməliyyatına başlayıb. Məqsəd ölkəni maliyyə baxımından təcrid etmək və münaqişədə geri çəkilməyə məcbur etməkdir.