Kürdəmirdə 13 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət etdi


  • 30 Sentyabr 23:41

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 13 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər