Rusiyanın Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlandı


  • 17 May 2022 10:16

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 578 ədəd artilleriya sistemi, 198 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 90 hava hücumundan müdafiə sistemi, 201 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 97 qanadlı raket, 2 109 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 436 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Oxşar xəbərlər