Kreml məktəbə hücumu terror aktı adlandırdı


  • 26 Sentyabr 2022 14:37

Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”.

D.Peskov vurğulayıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.

Oxşar xəbərlər