- 9 Oktyabr 23:29
Türkiyənin 18 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir 4 gün davam edən "Kıskaç-17" əməliyyatında 45 nəfərin saxlanıldığını bildirib.
"Terrorçuların göz açmasına icazə verməyəcəyik. Sülh və əmin-amanlıq üçün mübarizəmizi qətiyyətlə davam etdirəcəyik" - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə