Çayda batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib


  • 20 İyun 11:19

Türkiyənin Siirt şəhərində çayda boğulmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kezer çayının yaxınlığındakı bəndin daşması nəticəsində çayda suyun səviyyəsi qalxıb.

Bu zaman çay kənarına gəzintiyə gedən 11 nəfər suda köməksiz vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb edilib.

Komandalar vətəndaşları xilas ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər