Beyləqanda kanalda bir nəfər batıb


  • 09:20

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.

E-huquq.az-ın məlumatına görə, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.

Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər