İraq İrana uçuşları bərpa edib


  • 16:26

İraqın Nəcəf şəhərində yerləşən hava limanı İranla həyata keçirilən aviareyslərin qəbulunu bərpa edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nəcəf hava limanındakı mənbənin məlumatına görə, uçuşların bərpası ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra mümkün olub. İraq hökuməti hava limanının mümkün ikinci dərəcəli sanksiyalardan istisna edilməsi məsələsi ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparıb.

Mənbə bildirib ki, danışıqlarda İrana həyata keçirilən uçuşlar zamanı yerüstü xidmətlərin "Iraqi Airways" tərəfindən göstərilməsi variantı da müzakirə olunub.

Bununla belə, İran aviaşirkətlərinin Nəcəf hava limanına uçuşlarına qoyulan məhdudiyyət hələ qüvvədədir. Hava limanının rəhbərliyi İran aviaşirkətlərinə eniş icazəsinin verilməsi ilə bağlı Bağdaddan rəsmi göstəriş almadığını açıqlayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin sentyabrın 8-də 36 qurumu, o cümlədən 27 İran aviaşirkətini sanksiya siyahısına daxil etməsindən sonra İraq və İran arasında bəzi aviareyslər dayandırılmışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər