- 16:40
Türkiyənin İstanbulşəhərində cari ilin ilk səkkiz ayında 18 321 yanğın hadisəsi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul Yanğınsöndürmə İdarəsinin məlumat yayıb.
Məlumata görə, onların 1 803-ü, yəni 9,8 faizi söndürülməmiş siqaret səbəbindən baş verib.
Siqaretin səbəb olduğu yanğınların 1 435-i otluq ərazilərdə, zibil yığınlarında və konteynerlərdə, 302-si yaşayış evlərində, 32-si iş yerlərində, 10-u anbarlarda, 17-si digər tikililərdə, 7-si isə nəqliyyat vasitələrində qeydə alınıb. Rayonlar üzrə ən çox belə hadisə Fatih rayonunda qeydə alınıb. Belə ki. sözügedən rayonda 223 yanğın baş verib.. Siyahıda Esenyurt 194, Güngören 121, Zeytinburnu 95, Bayrampaşa 78 və Pendik 76 hadisə ilə növbəti yerləri tutub.
Statistikaya əsasən, İstanbulda söndürülməmiş siqaretlərin səbəb olduğu yanğınların sayı son illərdə azalma tendensiyası nümayiş etdirib. 2021-ci ilin ilk səkkiz ayında 5 209, 2022-ci ildə 4 993, 2023-cü ildə 4 807, 2024-cü ildə 3 891, 2025-ci ildə isə 3 460 belə hadisə qeydə alınıb. İstanbulda yanğınlara siqaretdən başqa kibrit və alışqan, uçuşan qığılcımlar, soba alovu, uşaqların odla oynaması, elektrik sistemlərində nasazlıqlar və müxtəlif elektrik cihazları da səbəb olub.
Yanğınsöndürmə xidmətinin hadisələrə orta reaksiya müddəti 6 dəqiqə 52 saniyə təşkil edib. İlin ilk səkkiz ayında xilasetmə qrupları 20 368 əməliyyat keçirərək 8 291 insanı və 12 077 heyvanı xilas edib.
Şəbnəm Mehdizadə