- 13:40
"OpenAI" şirkəti hazırladığı süni intellekt agentinin Avstraliya hökumətinin səhiyyə sisteminə icazəsiz daxil olması ilə bağlı Kanberra administrasından üzr istəyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət təhlükəsizlik insidenti ilə bağlı rəsmi saytında açıqlama yayıb.
Açıqlamada bildirilib ki, iyun ayında daxili təlim və qiymətləndirmə prosesi zamanı şirkətin modellərindən biri Avstraliya hökumətinin veb-saytına icazəsiz giriş əldə edib.
Şirkət hadisəni artan qlobal təhlükəni əks etdirən yeni növ kiberinsident kimi qiymətləndirib.
Bildirilib ki, ABŞ-da fəaliyyət göstərən "OpenAI" tərəfindən hazırlanmış süni intellekt agenti Avstraliya hökumətinin veb-saytında təhlükəsizlik məhdudiyyəti ilə qarşılaşıb. Agent daha sonra ona verilən təlimatlara zidd olaraq bu təhlükəsizlik tədbirini keçməyə cəhd edib və nəticədə hökumətin səhiyyə sisteminə daxil olub.
Təhlükəsizlik insidenti iyun ayında baş versə də, hadisə yalnız ötən həftə ictimaiyyətə açıqlanıb. Məsələ Avstraliyanın Baş naziri Entoni Albanizin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində verdiyi açıqlamadan sonra gündəmə gəlib.
Şəbnəm Mehdizadə