- 13:50
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və ölkənin dondurulmuş aktivlərini sərbəst buraxmağa hazır olması barədə məlumatı təkzib edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
ABŞ lideri "Axios" xəbər platformasının onun İrana qarşı sanksiyaların yumşaldılmasına hazır olması barədə yaydığı məlumatı təkzib edib.
"Bu, doğru deyil. Mən onlara heç nə təklif etməmişəm", - deyə Tramp bildirib.
O, məlumatın əsassız olduğunu vurğulayaraq xəbərin dərhal silinməli olduğunu qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ rəsmilərinə istinadən yayılan məlumatda Trampın İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş İran vəsaitlərini sərbəst buraxmağa hazır olduğu iddia edilmişdi. Məlumata görə, bu istiqamətdə ABŞ və İran arasında razılaşmanın əldə olunması məqsədilə Qətər və Pakistan vasitəçiləri tərəfindən diplomatik təmaslar aparılıb.
Şəbnəm Mehdizadə