- 12:12
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı İŞİD üzvlərinin maliyyələşdirilməsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Şübhəlilər terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dair qanunu pozmaqda və silahlı terror təşkilatına üzv olmaqda ittiham olunurlar.
Şübhəlilərin daha əvvəl terror təşkilatları ilə bağlı hüquqi proseslərə cəlb edilmiş çoxsaylı şəxslərə pul köçürdükləri müəyyənləşdirilib.
Araşdırmalar başa çatdıqdan sonra müəyyən edilən ünvanlara eyni vaxtda əməliyyat keçirilib və 6 şübhəli saxlanılıb.
Axtarışlar zamanı 13 min ABŞ dolları, çoxsaylı rəqəmsal materiallar və təşkilata aid olduğu bildirilən sənədlər aşkarlanaraq götürülüb.
Şəbnəm Mehdizadə