- 12:34
Türkiyənin 6 vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib. Araşdırmalar zamanı FETÖ daxilində rəhbər vəzifələrdə çalışdığı və təşkilat üzvləri ilə əlaqədə olduğu bildirilən şəxslərin kimliyi və ünvanları müəyyənləşdirilib.
İstintaq çərçivəsində gizli şahidin ifadələri, rəqəmsal materiallar, Bank Asya hesablarındakı fəaliyyət və ictimai taksofonlardan edilən ardıcıl zənglərə dair məlumatlar araşdırılıb.
Araşdırmalar başa çatdıqdan sonra İstanbul, İzmir, Kocaeli, Qaziantep, Kayseri və Kırıkkaledə müəyyən edilən ünvanlara eyni vaxtda əməliyyat keçirilib və 20 şübhəli saxlanılıb.
Axtarışlar zamanı təşkilata aid olduğu bildirilən çoxsaylı sənəd və rəqəmsal materiallar müsadirə edilib. Saxlanılan şəxslər ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə