Fransada dövlət qulluqçuları tətilə başlayıblar


  • 16:40

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə dövlət qulluqçuları, eləcə də təhsil, səhiyyə və nəqliyyat sektorlarında çalışanlar tətilə başlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, gün ərzində ölkə üzrə 170-dən çox etiraz aksiyasının keçirilməsi gözlənilir. Parisdə Respublika Meydanında yerli vaxtla saat 14:00-da kütləvi mitinq təşkil olunacaq.

Tətil iştirakçıları əməkhaqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və dövlət sektoruna daha çox maliyyə ayrılmasını tələb edirlər. Yanğınsöndürənlər də ayrıca yürüş keçirəcəklər.

Tətilin aviasiya və ictimai nəqliyyata ciddi təsir göstərəcəyi gözlənilir. Fransa Mülki Aviasiya İdarəsi aviaşirkətlərdən Şarl de Qoll hava limanında uçuşların 5 faizini, Marsel-Provans hava limanında isə 25 faizini ləğv etməyi tələb edib. Bundan əlavə, ölkədə lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi etirazlar davam edir. Daxili işlər naziri Loran Nunezin açıqlamasına görə, əvvəlki aksiyalar zamanı 164 nəfər saxlanılıb, 12 təhlükəsizlik əməkdaşı, 8 müəllim və təxminən 12 şagird xəsarət alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər