Pərviz Heydərov vəfat etdi


  • 12:18

Tanınmış iqtisadçı Pərviz Heydərov 54 yaşında vəfat edib.

E-huquq.az Musavat.com-a istinadən bildirir ki, bu barədə iqtisadçının yaxınları sosial şəbəkədə məlumat yayıb.

Xatırladaq ki, Pərviz Heydərov İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İstehsal sahələri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

O, 2014-cü il tarixli sərəncamla Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Pərviz Heydərov hərəkət məhdudiyyətli olub və ömrünün sonuna qədər həyatını əlil arabasında keçirib.

Oxşar xəbərlər