- 08:02
Türkiyənin Bartın vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bartın-Karabük avtomobil yolunun Kirazlı Köprü Barajı ərazisində, tunelin çıxışında baş verib.
Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, AFAD, yanğınsöndürmə, polis və jandarma qüvvələri cəlb olunub.
Hadisə yerində tibbi baxış zamanı mikroavtobusun sürücüsü Hakkı Özdemirin həyatını itirdiyi müəyyənləşib.
Nəqliyyat vasitələrindən çıxarılan 10 sərnişin və yük maşınının sürücüsü ilkin tibbi yardım göstərildikdən sonra Bartın Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə