Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu


  • 19:27

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Məmmədov sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

E-huquq.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Məmmədiyə Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.

Oxşar xəbərlər