Lənkəranda evdə yanğın oldu


  • 3 Mart 10:07

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər