Bakıda sərnişin avtobusun təkəri altında qalaraq ölüb


  • 22 May 09:34

Bakıda sərnişin avtobusun təkəri altında qalaraq ölüb.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Məhərrəmov Sarvanın idarə etdiyi "Daewoo" markalı avtobus rayonun Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan” marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin 1964-cü il təvəllüdlü Cəfərova Tamella ön giriş qapısından
yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.

Nəticədə sərnişin aldığı xəsarətlərdən
hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-cinayət işi başlanılaraq istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər