15 saylı Mediasiya Təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi


  • 14 May 2022 22:35

Bakı 15 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib.

Mediasiya Şurasından e-huquq.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə dövlət qeydiyyatına alınmış Bakı 15 saylı mediasiya təşkilatı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyən edilməsi üçün yaradılmış xüsusi komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Xüsusi Komissiyanın İdarə Heyətinə verdiyi məlumata əsasən bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş mediasiya təşkilatının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqi həyata keçirilib və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədəmüvafiq hesab edilib.

Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə Bakı 15 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və bu barədə məlumatın mediasiya reyestrinə daxil edilməsi qərarı verilib.

Bakı 15 saylı mediasiya təşkilatı , 15 may 2022-ci il tarixindən müraciətləri qəbul edəcək.

Bakı 15 saylı mediasiya təşkilatının əlaqə vasitələri:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, 6-cı Böyük Qala döngəsi 11

E-poçt: Mediasiya15@gmail.com

Telefon: 012 5042415; 010 515 50 15

Oxşar xəbərlər