- 20 Mart 08:22
Xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Aftandil Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan materiallar Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə aparılacaq məhkəmənin hazırlıq iclası fevralın 10-na təyin olunub.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Əbdülhəlimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsinə aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.
Eltac Nurullazadə