- 20 İyun 21:54
Gəncə Apellyasiya Məhkəməsi sədrinin müavini, məhkəmənin Cinayət kollegiyasının sədri Teyyub Muxtarov Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, o, müraciətində Cinayət Məcəlləsinin 36, 123 və 130-cu maddələri əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq şərh edilməsini xahiş edib.
Həmin müraciəti təqdim edirik:
"İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən XXXX Babayev 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, sakinlər arasında "Sərçə bazan" kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı XXXX Əhmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış sözlə mübahisə zamanı həmin yerə gələn XXXX Məmmədov hər ikisinə "məsələni böyütməmələrini", həmçinin ona "çıxıb getməsini" dedikdə o, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə XXXX Məmmədova "sən kimsən?... niyə məsələyə qarışırsan?..." deyə cavab verib əli ilə sonuncunu itələyərək üzərində olan istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçağı çıxardığına göre XXXX Əhmədov ali ile onun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu zaman o, XXXX Əhmədovla arasında olan məsələyə görə XXXX Məmmədovun ona irad tutmasını bəhanə edib özünü ətrafdakı şəxslərdən üstün olduğunu nümayiş etdirmək məqsədilə, yeni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan həmin bıçaqla XXXX Məmmədovun döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən, həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Bununla da, təqsirləndirilən şəxs XXXX Babayev Azərbaycan Respublikası CM-in (bundan sonra CM) 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
İstintaq orqanı XXXX Babayevin əməlini CM-in 126.2.4-cü maddəsi ilə tövsif edərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: "İstintaq materiallarından görünür ki, XXXX Əhmədovla XXXX Məmmədov və ya digər bir şəxs arasında XXXX Babayevə xəsarət yetirmələri ilə bağlı qabaqcadan hər hansı bir razılaşma və məqsədləri olmamış, XXXX Əhmədov XXXX Babayevlə arasında olan məsələni sözlə həll etməyə çalışmış, lakin XXXX Babayev XXXX Məmmədovu ona irad tutan zaman əli ilə XXXX Məmmədovu itələyərək üzərində olan bıçağı əlinə götürdüyü üçün, XXXX Əhmədov XXXX Babayevin bıçaqdan istifadə etməsinin qarşısını almaq üçün ən ilə sonuncuya zərbə endirmiş, bu zaman XXXX Babayev geri-geri addım atıb XXXX Əhmədovun zərbələrindən çıxıb özünün bıçaqla zərbə endirməsi üçün əlverişli şərait yaradaraq irad tutan XXXX Məmmədova ağır onun yanına gəlib xəsarət yetirmişdir. Məmmədov hadisənin baş verdiyi yerə hər hansı bir tərəfi müdafiə etmək üçün deyil, neytral mövqedən gələrək həm XXXX Əhmədova, həm də XXXX Babayevə irad bildirmiş, XXXX Məmmədovun hərəkətlərində hər hansı bir ictimai təhlükəli qəsd müəyyən edilməmiş, XXXX Məmmədovun və XXXX Əhmədovun əlində hər hansı bir bıçaq və ya silah qismində istifadə edilən əşya olmamışdır. XXXX Babayev oğlunun özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini İctimai təhlükəli qəsddən qorumaq niyyəti olmamış, əksinə, XXXX Məmmədovun əlində hər hansı bir bıçaq və ya silah qismində istifadə edilən əşya olmadığı halda zərər çəkmişi əlində olan bıçaqla vuraraq həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Bu isə XXXX Babayevin ağır xəsarət yetirmək niyyətindən və qəsdindən xəbər verir. ona
Odur ki, XXXX Babayevin əməli zəruri müdafiə kimi, həmçinin CM-in 130.1-ci maddəsində nəzərdə tutulan zəruri müdafiə həddini aşmaqla qəsdən bədənə ağır xəsarət yetirmə kimi qiymətləndirilə bilməz."
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30.09.2022-ci il tarixli hökmü ilə XXXX Babyevin əməli CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmışdır.
Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XXXX Babayev 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, "Sərçə bazarı" kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı XXXX Əhmədovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı XXXX Əhmədov onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları XXXX Məmmədov, XXXX adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gəlmiş, mübahisə zamanı XXXX Məmmədov və XXXX Əhmədov əlləri ilə XXXX Babayevi vurub sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiyəlrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, onların əhatəsindən çıxıb qaçmaq istəyərkən XXXX Məmmədov, XXXX Əhmədov, XXXX adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün o, özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən XXXX Məmmədovun döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Cinayət işi üzre Gence şəhəri, M.Sultanov küçəsində yerləşən, "Sərçə bazarı" kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissesinde hadisənin baş verməsini əvvəldən axıradək özündə əks etdirən, istintaq orqanı tərəfindən əldə edilmiş və sübut kimi qiymətləndirilmiş kamera görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, 31.03.2021-ci il tarixdə saat 17:16-da20 XXXX Əhmədov ilə XXXX Babayev hər ikisi piyada birlikdə Gəncə şəhəri, M.Sultanov küçəsində "Sərçə bazarı" kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissəsində yerləşən sahibsiz tikilinin yanına gəlib söhbət edirlər. Onların ardı ilə bir nəfər şəxs, onun ardı ilə XXXX Məmmədov, onların ardı ilə isə digər 4 nəfər şəxs XXXX Əhmədovla XXXX Babayevin yanına yaxınlaşırlar. Sonra həmin şəxslər XXXX Babayevi əhatəyə alırlar. Saat 17:17:31-də XXXX Məmmədov XXXX Babayevin sifət nahiyəsinə əli ilə yumruq vurur və XXXX Babayevin başı arxaya hərəkət edir, saat 17:17:33-də XXXX Babayev də sol əli ilə XXXX Məmmədova zərbə endirərək onların əlindən çıxmaq üçün arxaya qaçır, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurmağa başlayırlar. Saat 17:17:35-də o əlini beline atir, bu anda XXXX Əhmədov, XXXX Məmmədov və XXXX adlı şəxs XXXX Babayevin üzərinə gedərək onu vurmaqda davam etdiklərinə görə saat 17:17:37-de XXXX Babayev sağ əlindəki bıçaqla XXXX Məmmədovun sol qol altına zərbə endirir. Bıçaq zərbəsindən sonra XXXX Əhmədov əyilərək yerdən daş götürür, XXXX Məmmədov isə sağ ayağı ilə XXXX Babayevə təpik atır XXXX Babayev zərbədən yayınır. Saat 17:17:41-də bir nəfər şəxs yaxınlaşaraq qeyd edilən şəxslərin XXXX Babayevin üzərinə gəlməsinə maneə olaraq onları dayandırır. Bundan sonra XXXX Məmmədov sağ əlini sol qolunun alt hissəsinə tutub saxlayır, daha sonra isə köynəyini qaldıraraq xəsarət aldığı nahiyəyə baxır. XXXX Babayev hadisə yerindən uzaqlaşaraq gözdən itir, ardı ilə isə oradakı digər şəxslər, sonda isə XXXX Məmmədov oradan uzalaşaraq gözdən itirlər.
Birinci instansiya məhkəməsi araşdırma nəticəsində aşağıdakı qənaətə gəlmişdir: "Hadisə XXXX Əhmədov və XXXX Məmmədovun təşəbbüsü ilə başlamış, bu zaman ora gələn sonuncunun tanışları XXXX adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gələrək XXXX Babayevi əhatəyə almışlar. Mübahisə zamanı XXXX Məmmədov müdaxilə edərək irad bildirib XXXX Babayevin sifət nahiyəsinə əli ilə yumruq vurduğuna görə XXXX Babayev də əli ilə XXXX Məmmədovu vurub onların əlindən çıxmaq üçün arxaya qaçmış, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. XXXX Məmmədov, XXXX hmədov, XXXX adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün XXXX Babayev üzərində olan bıçaqla qəsdən XXXX Məmmədovu vuraraq həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Göründüyü kimi hadisə XXXX Əhmədovun va XXXX Məmmədovun təşəbbüsü ilə başlamaqla şəxsi münasibətlər zəmnində baş vermiş, XXXX Babayevin davranışı ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstermekle, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməyə yönəlməmişdir.
Məhkəmə XXXX Babayevin hadisə zamanı zəruri müdafiə həddində olub-olmaması, zəruri müdafiə həddini aşıb-aşmaması məsələsini araşdırmış və həm ibtidai istintaqın topladığı sübutları, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs XXXX Babayev hadisə zamanı zəruri müdafie vəziyyətində olmuş və zəruri müdafiə həddini aşmışdır.
Belə ki, məhkəmə istintaqı zamanı tam sübut olundu ki, XXXX Babayev 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, XXXX Sultanov küçəsində yerləşən, "Sərçə bazarı" kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı XXXX Əhmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı XXXX Əhmədov onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları XXXX Məmmədov, XXXX adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gələrək onu əhatəyə almışlar. Mübahisə zamanı XXXX Məmmədov müdaxilə edərək irad bildirib XXXX Babayevin sifət nahiyəsinə. əli ile yumruq vurmuşdur. (Burada XXXX Məmmədovun qəsdi ictimai təhlükəlidir, həqiqi və realdır, mövcuddur, başlamışdır.) But zaman XXXX Babayevdə zəruri müdafiə hüququ yaranmışdır. XXXX Babayev də sol əli ilə XXXX Məmmədovu vuraraq onların əlindən çıxmaq üçün arxaya qaçmış, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurub sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiylərinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər, (XXXX Məmmədov, XXXX Əhmədov, XXXX adlı şəxs və orada olan digər şəxslərlərin ictimai təhlükəli davranışı davam etmiş, hələ başa çatmamışdır). Zəruri müdafiə vəziyyətində olan XXXX Babayev XXXX Məmmədov, XXXX Əhmədov, XXXX adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən XXXX Məmmədovun döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bu xüsusatlar kamera görüntüləri ilə də təsdiq olunur."
Gence Ağır Cinayətlər Məhkəməsinin 30.09.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək hökmün ləğv edilməsi, XXXX Babayevin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəza təyin etməklə yeni ittiham hökmünün çıxarılması xahiş olunmuşdur. Dövlət ittihamçısı hökmdən vermiş olduğu apellyasiya protestində göstərmişdir: "...Həmçinin işin faktiki hallarından görünür ki, XXXX Babayev XXXX Əhmədovla XXXX adlı şəxslə bağlı söhbətə aydınlıq gətirilməsi üçün telefon vasitəsi ilə görüşmək barədə razılığa gəlmiş, həmin yerə gəlib XXXX gəlməməsindən əsəbləşib telefonda sonuncu ilə mübahisə etmiş, bundan sonra aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşdükdən sonra XXXX adlı şəxs də həmin yerə gəlmiş, həmin vaxt hər iki tərəfdən məlum olmayan digər şəxslər də iştirak etmişdir. Mübahisə ilə bağlı qarşılıqlı dalaşmanın qarşısını almağa bir neçə şəxs müdaxilə etsə də, XXXX Əhmədov XXXX Babayev mübahisələrini və davam etdirmiş və sonradan məlum hadisə yerinə gəlmişlər. Bundan sonra həmin mübahisədən məlumatı olmayan zərərçəkmiş XXXX Məmmədov dava-dalaşın qarşısını almaq üçün həmin mübahisəyə. müdaxilə etmiş və məlum hadisə baş vermişdir. Göründüyü kimi, tərəflər arasında əvvəldən yaşanan mübahisə ilə bağlı hadisə zamanı hər iki tərəf qarşılıqlı dalaşma şəraitində olmuşlar. Məlum hadise zamanı qarşılıqlı dalaşmanın qarşısını almaq üçün müdaxilə edən zərərəçəkmişin XXXX Babayevə hər hansı xəsarət yetirmək niyyəti olmadığından onun tərəfindən hər hansı ictimai təhlükəli qəsd mövcud olmamış, XXXX Babayev məhz qəsdən xəsarət yetirmək məqsədi ilə zərərçəkmişə zərbə endirdikdən sonra üzərində saxladığı bıçağı çıxarmış. həmin vaxt XXXX Əhmədov bıçağı onun əlindən almaq üçün ona xəsarət yetirib üzərinə gedərkən XXXX Babayev bıçaqdan qəsdən istifadə edərək onları ayırmağa çalışan zərərçəkmişə ağır xəsarət yetirməklə nəticələnən bıçaq zərbəsi endirmişdir ki, bu da XXXX Babayevin əslində zərərçəkmişin və ya digər şəxslərin təhlükəli əməlindən qorunmaq niyyətində olmadığına dəlalət edir. Həmçinin işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini hadisələrin təsadüfi axarı zəmnində törətməmiş, davanın iştirakçıları arasında əvvəlcədən görüşün yeri və vaxtı haqda razılaşma olmuş, həmçinin XXXX Babayev hadisə yerinə gələrkən üzərində bıçaq olmuşdur. Hadisə zamanı da tərəflərin etdiyi aktiv hərəkətlərin ardıcıllığı, XXXX Babayev bıçaqdan istifadə edənədək ona qarşı müdaxilənin həddi və s. kimi hallar, baş verənlərin qarşılıqlı dava olmasını bir daha təsdiq edir. Hər bir halda dalaşan şexslər qarşılıqlı olaraq bu və ya digər şəkildə bir- birinə xəsarət yetirir və ya hansısa zor tətbiqedici aktiv hərəkətlər edir. Belə olan halda qarşılıqlı dava-dalaşla zəruri müdafiə vəziyyətini eyniləşdirmək nə istintaq və məhkəmə praktikasına, nə də hüquq nəzəriyyəsinə uyğun deyildir. Hüquq nəzəriyyəsinə əsasən, dalaşan tərəflərin heç birinin qarşı terefin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Bundan başqa, məhkəmə özünü müdafiə edən şəxsin əməlində zəruri müdafiə həddinin aşılmasını prosessual sənədlərdə yalnız "qəsdin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən" ifadəsini göstərməklə kifayətlənməməli, belə həddi aşmanın konkret olaraq məhz hansı faktiki hallarda öz əksini tapmasını əsaslandırmalıdır..."
Göründüyü kimi, ittiham tərəfinin mövqeyində, birinci instansiya məhkəməsinin hökmündə əks olunmuş mövqedə və apellyasiya protestində əks olunmuş mövqedə eyni bir hadisəyə müxtəlif yanaşmalar, fəqli hüquqi qiymətləndirmə mövcuddur, hadisə bir olsa da, yanaşmalar müxtəlif və bir-birinə ziddir.
İstintaq və məhkəmə təcrübəsində mövcud olan bütün bu müxtəlif yanaşmalar həmin məsələləri tənzimləyən qanunun (hüquq normalarının) səlahiyyətli orqan olan Konstitusiya Məhkəməsi tərəfindən şərhinin zəruriliyini ortaya çıxarır.
Hesab edirik ki, istintaq və məhkəmə təcrübəsinin vahid mövqeyinin formalaşdırılması məqsədi ilə konkret cinayət əməli, zəruri müdafi və zəruri müdafiə həddinin aşılması ilə bağlı məsələlərə aydınlıq gətirilməsi ədalət mühakiməsinin maraqlarına uygun olardı.
Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hazırki məsələlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
CM-in 36-cı maddəsi "Zəruri müdafiə" adlanır. Həmin maddəyə əsasən: 36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmek, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
CM-in 123-cü maddəsi "Zəruri müdafie heddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə" adlanır. Həmin maddəyə əsasən:
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM-in 130-cu maddəsi "Zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa zərər vurma" adlanır Həmin maddəyə əsasən:
130.1. Zəruri müdafie heddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma- min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma - min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etme ile cəzalandırılır.
Hesab edirik ki, məhkəmə tecrübesinin vahid mövqeyinin formalaşdırılması məqsədi ilə konkret cinayət əməli, zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı istintaq və məhkəmə təcrübəsində mövcud olan fərqli yanaşmalar, fəqli ittihamların verilməsi və fərqli məhkəmə hökmlərinin cəxarılması hallarını nəzərə alaraq aşağıdakı məsələlərə aydınlıq gətirilməsi ədalət mühakiməsinin maraqlarına uygun olardı:
Zəruri müdafiə institutu
CM-də zəruri müdafiə əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi göstərilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar elə hallardır ki, bu halların mövcud olması ilə zahirən cinayətə bənzəyən əməllər qanunauyğun davranışa çevrilmiş olur. Əməlin ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən hallar, müəyyən şəraitdə mövcud ictimai münasibətlərə qarşı yönələn qəsdi aradan qaldıran, qanunla nəzərdə tutulan ictimai faydalı hərəkətlərdir.
Zəruri müdafiə hüququ insanlara verilən ictimai-təhlükəli qəsdlərdən qorunmağa imkan verən hüquqdur. Bu hüquqdan istifadə xeyli dərəcədə insanın aktiv həyat mövqeyi, hüquq mədəniyyəti və hüquq düşüncesinin səviyyəsi ilə bağlıdır.
Insan həyatına, səhhətinə və başqa şəxsi rifahına qarşı yönələn ictimai- təhlükəli qəsdlərdən qorunarkən zəruri müfdafiə institunda olan özünü müdafiə hüququndan istifade edir, özünü qoruyur. Zəruri müdafie institutu həm də dövlət mənafeyinin və ictimai mənafeyin qorunması vasitəsi kimi Çıxış edir.
Mövcud mənəvi normalar ictimai-təhlükəli qəsdin qarşısını alan bele hərəkətlərə haqq qazandırır, ictimai və şəxsi mənafeyin pozulmasına qarşı, ədalətsizliyə qarşı barışmazlığı, ictimai borcun dərk edilməsini yüksək prinsip kimi elan edir. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə hərəkəti ictimai faydalı olduğundan hüquq qaydalarının möhkəmlənməsinə xidmət edir. Qeyri-hüquqi sayılmadığından belə hərəkətlərdə cinayət tərkibi olmur.
Zəruri müdafiə hücum edənə zərər vurmaq yolu ilə ictimai-təhlükəli qəsddən qorunmaq -insanın subyektiv hüququdur. İnsanlar bu hüququndan istəyinə görə istifadə edə bilər. İctimai-təhlükəli qəsdlərdən dövlət mənafeyini, ictimai mənafeyi, habelə başqalarının mənafeyini müdafiə etmək hər bir insanın mənəvi borcudur.
Zəruri müdafiə cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Zəruri müdafiə qəsd edənə zərər vurmaqla həyata keçirildiyindən, kriminal əməl törətmək niyyətində olan şəxslər öldürülə biləcəkləri, bədən xəsarətləri ala biləcəkləri təhlükəsi altında çox hallarda ictimai-təhlükəli əməldən çəkinirlər.
Zəruri müdafiə qəsdin qarşısının alınmasının fəal forması kimi təkcə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda, qəsd edənə əks hücumu da nəzərdə tutur.
Qanun qəsdə məruz qalan şəxsin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyət orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir.
Hüquqi hərəkətlərə qarşı zəruri müdafiəyə yol verilmir. Buna görə də xuliqanlıq edən şəxsin yaxalanmasına yönələn polis işçilərinə qarşı, qəsdin qarşısını almağa yönələn müdafiə hərəkətlərinə qarşı zəruri müdafiəyə yol verilmir. Bununla belə zəruri müdafiə həddini aşma cinayət sayıldığından, müdafiə həddini aşan hərəkətlərə qarşı zəruri müdafiəyə yol verilir.
Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafie institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: hüquqilik şərtləri:
1. Qəsd əməli ilə bağlı zəruri müdafiənin qesdin ictimai-təhlükəli olmasıdır.
- qəsdin mövcud olmasıdır.
- qəsdin həqiqi olmasıdır.
2. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri -- müdafiə hərəkətlərinə ancaq zəruri müdafiə vəziyyəti yaradan ictimai- təhlükəli qəsdlərə qarşı yol verilir.
- zəruri müdafie qesd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. müdafiə hərəkətləri qəsdin xarakterine ve təhlükəlilik dərəcəsinə uyğun olmalıdır.
Zəruri müdafiə həddini aşma institutu (Müdafiənin ekstsessi və ya ifrat müdafiə)
Hüquq ədəbiyyatında zəruri müdafiə həddini aşma ifrat müdafiə kimi də adlanır. İfrat müdafiə ilk növbədə aşağıdakı formalarda özünü göstərir: --müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması;
-müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keçirilməsi; --müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsi.
SSRI Ali Məhkəməsinin Plenumunun "Ictimai-təhlükəli qəsdlərdən zəruri müdafie hüququnu təmin edən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında" 16.08.1984-cü il tarixli 14 nömrəli qərarında göstərilir ki, hücum edənə ehtiyac olmadan CM-in 123 ve 130-cu maddələrində göstərilən zərərin qəsdən yetirilməsi, qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə açıqdan-açığa uyğun olmadıqda, zəruri müdafiə həddi aşılmış hesab edilir. Eyni vaxtda Ali Məhkəmənin Plenumu izah verərək göstərmişdir ki, zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsini həll edərkən məhkəmələr müdafiə vasitələrinin qəsd zamanı istifadə edilən vasitələrə uyğun olması, eləcə də müdafiənin və hücumun intensivliyinin uyğun olması tələblərinə mexaniki yanaşmamalı, müdafiə edənə qarşı yönələn qəsdin xarakterini və təhlükəlilik dərəcəsini, belə qəsdin qarşısının alınmasında onun gücünü və imkanlarını (hücum edənlərin və müdafiə olunanların sayı, onların yaşı, fiziki vəziyyətləri, silahın olub- olmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətini real aydınlaşdırmağa imkan verən sair hallar) nəzərə alınmalıdır.
Zəruri müdafiə həddini aşma yetiriləcək və qarşısı alınan zərərin nisbətilə müəyyən edilir. Bu nisbət müəyyən edilərkən qəsdin xarakteri və təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır.
Qəsdin xarakteri qəsdin keyfiyyət tərəfidir. Bu da bir qayda olaraq qəsdin yönəldiyi obyektlə müəyyən edilir. Çox halda qəsdin obyektini aydınlaşdırmaqla müdafiənin qanunauyğun olub-olmamasını asanlıqla müəyyən etmək olar. Əgər qəsd həyata qarşı yönəlmişdirsə, mümkün olan bütün müdafiə vasitələrinə yol verilir.
Müdafiə hərəkətlərinin açıqdan-açığa qəsdin xarakterinə uyğun gəlməməsi dedikdə, təkcə belə uyğunsuzluq obyektlərin müxtəlif olmasına görə deyil, həm də cinayətin edilme üsuluna, habelə qəsdin növünə görə (məsələn, xarakterinə görə quldurluq gizli oğurluqdan daha təhlükəlidir) müəyyən edilir.
Zəruri müdafiə həddini aşmanın tərifinə görə müdafiə ilə qəsd arasında açıqdan-açığa uyğunsuzluq olmalıdır. Müdafiənin və qəsdin açıqdan-açığa uyğun olmaması, bunların zahiri tərəflərinin də uyğun olmamasını nəzərdə tutur. Xüsusən belə uyğunsuzluq, ilk növbədə, müdafiə hərəkətlərinə yol verən şəxsə bütün aydınlığı ilə bəlli olur.
Zəruri müdafiə həddini aşma qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə yalnız açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətləri nəzərdə tutur. Lakin müdafiə hərəkətlərinin qəsdə uyğunluğu təkcə müdafiə hərəkətlərinin vurduğu zərər qəsd nəticəsində vurulan zərərə bərabər olduqda deyil, həm də müdafiə hərəkətinin vurduğu zərər qəsdin vuracağı zərərdən artıq olduqda da mövcud olur. Bu barədə 16.08.1984-cü il tarixli Plenum qərarında qeyd edilir ki, müdafiə hərəkətlərinin vurduğu zərər qarşısı alınan zərərdən artıq olsa da, lakin hücumun qarşısının alınması üçün zəruri hesab edilmişdirsə və bununla müdafiənin xarakterinin qəsdin xarakterinə açıqdan-açığa uyğunsuzluğu müəyyən edilməmişdirsə, müdafiə edənin hərəkətlərinə zəruri müdafiə həddini aşan hərəkət kimi qiymət verilə bilməz.
Qəsddən müdafiə olunarkən zəruri müdafiənin şərtlərinə riayət edən şəxs əgər qanunsuz gezdirdiyi odlu, yaxud soyuq silahdan istifadə edirsə, bu zaman müdafiənin hüquqiliyi dəyişmir. Başqa sözlə, şəxs məhz zəruri müdafiə vəziyyətində yol verdiyi hərəkətə görə məsuliyyət daşımır.
Türkiyə Cümhuriyyəti cəza qanununda zəruri müdafiə (çəşru savunma) institutu
Zəruri müdafiənin şərtləri:
1. Hücumla əlaqəli şərtlər: --bir hücumun mövcud olması;
- Hücumun dərhal, indi olması;
- Hücumun haqsız, qeyri-qanuni olması;
2. Müdafiə ilə əlaqəli şərtlər:
- Müdafiədə çətinliyin olması;
- Hücumla müdafiədə nisbət (fərq) olması:
a) istifadə edilən vasitələr (silah və s.) baxımından nisbət (fərq); b) faydalar baxımından nisbət (fərq).
Müdafiədə çətinlik olması hücuma məruz qalan şəxsin başqa çarəsinin olmaması, başqa yolla hücumdan qurtarmasının mümkün olmamasıdır.
Yargıtay məhkəməsi bir hadisədə qaçmaq imkanı varkən, qaçmayaraq hücuma qarşı müdafiəyə keçmiş şəxsin zəruri müdafiə vəziyyətində hərəkət
etdiyini qəbul etmişdir. Müdafiədə çətinlik olub-olmaması konkret hadisəyə göre dəyərləndirilməli, bu vəziyyətdə və anda şəxsin düşdüyü vəziyyət nəzərə alınmalıdır.
Nisbət (fərq) mövzusunda araşdırılması zəruri olan başqa bir mövzu isə qorunan mənfəət ilə hücuma məruz qalan mənfəət arasında bir nisbet qoyulmasının zəruriliyi barədədir. Zəruri müdafiədə, son zərurətdən fərqli olaraq, haqsız bir hücum müzakirə mövzusu olduğundan, mənfəətlər arasında nisbət olması araşdırılmamalıdır. Bir haqq (hüquq) zəruri müdafiənin mövzusu olduğundan, bu haqqın qorunması üçün daha dəyərli bir haqqın ziyan çəkməsi, dəyərlər (mənfəətlər) arasında balans olmadığı kimi, mənfəətləri bir qiymətləndirməyə (dərəcələndirməyə) tabe etməyə çalışmaq, bir çox halda zəruri müdafie institutunun tətbiqinə maneə yarada bilər. Nəticə olaraq belə qənaətə gəlinə bilər ki, zəruri müdafiədə bir hüququn qorunması üçün ondan daha dəyərli bir mənfəətə də zərər vurula bilər. Başqa sözlə, namusa tecavüz etmək istəyən təqsirkarı başqa bir müdafiə üsulu tapmayaraq öldürən şəxs zəruri müdafiə hüququndan yararlanmış olur. Burada cinsi toxunulmazlıq hüququ qarşılığında yaşamaq hüququnun qurban verilməsində nisbət tapılması iddiası irəli sürülə bilməz. Cünki hər iki dəyər qiymətlidir və təcavüzdən müdafiə olunan şəxsin hücum edən şəxsi öldürməsi halında zəruri müdafiə hüququndan yararlana bilməsi dəyərlər baxımından mübahisələndirilməməlidir.
Mənfəətlər arasında nisbət mövzusunda, konkret hadisədə çox nəzərəçarpacaq nisbət fərqlərinə də meydan verilməməlidir. Yaddan çıxarmaq olmaz ki, sadə bir oyuncaq və ya çox az bir pul üçün müdafiə məqsədi ilə insan həyatını qurban verməkdə də nisbət prinsipi tətbiq oluna bilməz.
Qabaqlayıcı (önləyici) zəruri müdafiə (Offendicula)
Bu başlıq altında həyatının və ya malının qorunması məqsədi ilə görülən qabaqlayıcı tədbirlər nəzərdə tutulur. Buna misal olaraq bağçanın ətrafında qazılan xəndək, hasarın üzərinə sementle bərkidilən şüşə qırıqları, tikanlı məftillər, tələlər (qapanlar), iti ucluqlu dəmir barmaqlıqlar, hasara elektik cərəyanı verilməsi, həyətyanı sahəyə insana hücum edərək zərər vura biləcək it buraxılması və başqa insanın həyat və sağlamlığına zərər vura biləcək müxtəlif üsullar nezerde tutulur.
Bu tədbirlər heç bir təqsiri olmayan üçüncü şəxlərin zərər görməsinin qarşısını alacaq şəkildə həyata keçirilmişsə və hüquqa uyğunluq səbəbi olaraq insanı öldürmək qəsdi daşımırsa bu zaman hüquqa uyğunluq səbəbi kimi dəyərləndirilir. Lakin hasara insanı öldürə biləcək elektrik cərəyanının verilməsi halında nisbət (fərq) mövzusu ortadan qalxar və həddin aşılması da söylənə bilir.
Zəruri müdafiədə üçüncü şəxslərin zərər görməsi
Bununla bağlı bir nümunəyə nəzər salaq:
2005-ci ilin avqust ayında P.P. Los Anjeles polisi ilə silahlı mübarizəyə girir. P.P. polislərə təqribən 40 dəfə atəş açır və qucağında tutduğu 19 aylıq qızını özünə siper (qalxan) edir. Polislər də ona qarşı təqribən 90 dəfə atəş açır. Atışma nəticəsində həm P.P., həm də qızı ölür.
Zəruri müdafiə vəziyyətində hərəkət edən şəxsin hərəkətlərindən sadəcə hücum edənin deyil, hadisə ilə heç bir əlaqəsi olmayan üçüncü şəxslərin də zərər görməsi halında, zəruri müdafiə vəziyyətində olan şəxsin cəzalandırıla bilməsinin mümkünlüyü mübahisə doğuran məsələdir.
Yargıtay məhkəməsi bu vəziyyətdə zəruri müdafiəni qəbul edir. Qərardan iqtibas: "Qanuni müdafiə şərtləri içərisində olan və bu vəziyyətdə hədəfdə yanılma nəticəsində üçüncü şəxslərin zərər görməsi halında zəruri müdafie halı mövcuddur."
Qeyd: Amerika Model Cəza Qanunu diqqətsizlik və biganəlik səbəbiylə zəruri müdafiə zamanı üçüncü şəxslərin zərər görməsi halında, zəruri müdafiə vəziyyətinin tətbiq olunmayacağını müəyyən etmişdir. Bu qayda İngilis hüququnda da eyni formada tətbiq olunur.
Kompensasiya (Təzminat)
Zəruri müdafiə vəziyyətində hücum edənə yetirilən zərərə görə təzminat ödənilməsi nəzərdə tutulmamışdır. Çünki haqsız bir hücum zərərə səbəb olmuşdur. Üçüncü şəxslərə yetirilən zərərə münasibətdə zəruri müdafiə vəziyyətində olan şəxslərin cəzalandırılmamasının mübahisələndirilmədiyi yuxarıda göstərilmişdir. Ancaq bu vəziyyətdə hüquqa uyğunluq səbəbi deyil, məcburiyyət, müdafiənin çətinliyi halının gerçəkliyini qəbul edərək və ədalət baxımından üçüncü şəxslərin zərərlərinin ödənilməsi zərurəti yaranır.
Bu hal ilə əlaqəli bir misal:
ABŞ-da 22.12.1984-cü ildə baş verən bir hadisədə Nyu York metrosuna 4 genc minir. Gəncin ikisinin əlində vintaçan (otverka) olur. Növbəti dayanacaqda metroya Goets adlı şəxs də minir və oturur. Gənclərdən ikisi Goetsə yaxınlaşır və "Bize 5 dollar ver"- deyirlər. Lakin bu zaman gənclərdən heç biri her hansı silah göstərməmiş, nümayiş etdirməmişlər. Goets yerindən qalxır, üzərində olan odlu silahını çıxarır və gənclərin dördünü də atəş açaraq yaralayır, lakin gənclərin heç biri ölmür. Goets barəsində ölümə çəhdə görə cinayət işi açılır. Araşdırma nəticəsində müəyyən edilir ki, Goets öncə də, yani 1981-ci ildə silahlı bir quldurluğa məruz qalmış və yaralanmışdır. Bundan başqa, iki dəfə də silahını göstərməklə hücumdan xilas olmuşdur. Goets məhkəmədəki çıxışında gənclərin davranışlarından onunla oynamaq istədiklərini düşündüyünü, gənclərin heç birində silah olmadığını bildiyini, ancaq əvvəlki təcrübələrinə görə gənclərin onu yaralayacaqlarını düşündüyünü göstərmişdir. Nəticədə Goets yalnız sənədsiz silah gəzdirdiyinə görə məhkum olunur. Ancaq daha sonra gənclərin ona qarşı açdıqları təzminat tələbinə görə Goetsdən gənclərin xeyrinə məhkəmə 18 milyon dollar kompensasiya tutulmasına dair qərar vermişdir.
Göründüyü kimi, zəruri müdafiə, bu hüquqdan istifadə zamanı həddin aşılması, üçüncü şəxslərin hüquqlarının müdafiəsi və kompensasiya ödənilməsi ilə bağlı müxtəlif dövlətlərdə müxtəlif məhkəmə qərarları qəbul edilmiş, müxtəlif yanaşmalar və təcrübə mövcuddur.
Azərbaycan Respublikasında da bu institutların tətbiqi ilə bağlı vahid istintaq və məhkəmə təcrübəsi formalaşmamışdır.
Belə ki, Türkiyə Cümhuriyyətinin məhkəmə təcrübəsindən görünür ki, Azərbaycan Respublikasının məhkəmə təcrübəsində zəruri müdafiənin şərtləri ilə bağlı, elece de qabaqlayıcı zəruri müdafie, zəruri müdafiə zamanı üçüncü şəxslərin zərər çəkməsi, kompensasiyanın ödənilməsi halları ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verən səviyyədə vahid məhkəmə təcrübəsi formalaşdırılmamışdır.
Bundan əlavə, problemə hazırki cinayət işinin halları baxımından yanaşdıqda da aydın görünür ki, zəruri müdafiə hüququnun hansı hallarda və şərtlərlə yaranması və müdafiə həddinin aşılması ilə bağlı kriteriyaların dəqiq ifadə olunmaması oxşar hadisələrdə fərqli məhkəmə hökm və qərarlarının çıxarılması ilə nəticələnir ki, bu da hüquqi müəyyənlik prinsipinin tələblərinin pozulmasına səbəb olur.
Mövcud mehkeme tecrübəsində hər hansı silahdan istifade etmeden hücuma keçən şəxsə (şəxslərə) qarşı müdafiə olunan şəxs soyuq və ya odlu silahdan istifadə edərək özünü müdafiə edirsə və ya soyuq silahla hücuma keçən şəxsə və ya şəxslərə qarşı müdafiə olunan şəxs odlu silahdan istifadə etməklə xəsarət yetirirsə və ya odlu silahdan bir dəfə deyil, yaranmış şəraitə uyğun olaraq iki və daha çox dəfə atəş açırsa, bu birmənalı olaraq zəruri müdafiə həddinin aşılması kimi qəbul olunur. Lakin zənnimizcə, hər bir hadisəyə işin hallarından asılı olaraq əsaslandırılmış qiymət verilməli və bu zaman zəruri müdafiə vəziyyətində olan şəxsin hüquqlarının müdafiəsinin zəruriliyi də nəzərə alınmalıdır.
Bu səbəbdən Azerbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq CM-in 36-ci, 123 və 130-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasının zəruriliyi aşkar görünür.
Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunların tefsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
Belə olan halda aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 36, 123 və 130-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsi zəruridir və bu məqsədlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilmesi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər".