- 11:14
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı aparılan işlər hazırda da davam edir.
E-huquq.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında prosesin gedişinə münasibət bildirib.
Nazir vurğulayıb ki, sərhədlərin müəyyənləşdirilməsi qısa zamanda yekunlaşacaq məsələ deyil və burada çoxsaylı texniki nüanslar mövcuddur:
“Bu, qısa müddət ərzində baş verən proses deyil. Burada çox texniki məsələlər var və işlər davam edir”.
C.Bayramov qeyd edib ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Ermənistanda səfərdə olub. Onun sözlərinə görə, həmin görüşdə gələcək mərhələlərin prosedur qaydalarını və reqlamentini müəyyən edən üç sənəd üzərində razılıq əldə edilib.
Nazir həmçinin xatırladıb ki, Ermənistan nümayəndələri ötən ilin noyabrında Qəbələdə keçirilən görüşdə iştirak etmişdilər.
“Proses gedir və düşünürəm ki, növbəti aylarda da bunun şahidi olacağıq”.