Ali Məhkəmənin sədr müavini: "Gender bərabərliyi hər zaman dövlətin diqqət mərkəzindədir"


  • 2 İyun 2023 11:47

""Tarixən Azərbaycan tolerantlığı və bərabərliyi ilə seçilən ölkə olub. Ölkəmizdə qadınlara seçki hüququ bir çox dünya ölkəsindən əvvəl verilib".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Ç.Əsgərov bildirib ki, gendər bərabərliyi hüququ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunub: "Konstitusiyanın 25-ci maddəsinin 2-ci bəndinə görə “Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır".

O vurğulayıb ki, ölkəmizdə gender bərabərliyi hər zaman dövlətin diqqət mərkəzində olub.

"Azərbaycanda gender bərabərliyinin istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dönəmində, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dönəmində dövlət siyasətinin əsas istiqamətlərindən olub, qadınlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər. Azərbaycan tarixində böyük işlər görən lider qadınlar hər zaman olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə gördüyü işlər bu ənənənin davamıdır", - deyə sədr müavini qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər