Qonşusunun evindən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 26 Sentyabr 2023 15:20

Goranboy qonşusunun evindən oğurluq etməkdə təqsirləndirilən Elşən Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanna cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tural Ələkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Elşən Həsənov qonşusunun evindən ümumi dəyəri 12.000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər