Məhkəmə piyadanın ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verəcək


  • 26 Fevral 18:45

Suraxanıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Fətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materilları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bülbülə qəsəbəsində baş verib. Fətullayev Orxan Azad oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1964-cü il təvəllüdlü Əliyev Elşən Əli oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər