Mağazalardan oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb


  • 2 Aprel 18:32

İmişlidə mağazalardan oğurluq etməkdə təqsirləndirilən Elbrus Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, İmişli rayon sakini Elbrus Muradov rayon ərazisində yerləşən mağazalardan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Muradov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində yerləşən üç mağazaya qanunsuz daxil olaraq oradan mobil telefon, pul, danışıq kartları və tütün məmulatları oğurlamaqla zərərçəkmişlərə, ümumilikdə, 7000 manatdan artıq maddi ziyan vurub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər