- 17:29
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhərrəm Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Xəzər rayonu Zirə-Türkan yolunda baş verib. 33 yaşlı Əzizov Məhərrəm Hacıməmməd oğlunun idarə etdiyi traktor əks istiqamətdə hərəkətdən olan 57 yaşlı Məmmədov Samir Zeynal oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü xəstəxanada ölüb. M.Əzizova qarşı Cinayıt Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə